Xəstəxanaya yerləşdirilən Norveç kralının səhhəti yaxşılaşır
Son illərdə səhhətində bir sıra problemdən əziyyət çəkən Avropanın ən yaşlı (87) monarxı hazırda Malayziyanın Lanqkavi adasında xəstəxanadadır. Onun ölkəsinə haçan qayıdacağı hələlik məlum deyil.
"Kralın şəxsi həkimi də Lanqkavidədir və o, kralın infeksiyadan yaxşılaşdığını, müalicəsinin uğurlu keçdiyini təsdiqləyir", - Kral Evinin açıqlamasında bildirilir.
Firudin Həmidli
AzVision.az