Salyanda körpə pnevmoniyadan vəfat edib

Salyanda körpə pnevmoniyadan vəfat edib
  27 Fevral 2024    Oxunub:560
Salyan rayonunda körpə vəfat edib.
Yayılan məlumata görə, körpənin ölümünə səbəb pnevmoniya olub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 24-ü saat 15:40 radələrində 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

“Yüksək hərarət, tənəffüs çatışmazlığı, halsızlıq şikayətləri ilə gətirilən körpəyə ilkin olaraq naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulub. Gecə saatlarında vəziyyəti ağırlaşan körpə, aparılan bütün tədbirlərə baxmayaraq, fevralın 25-i saat 05:30 radələrində kəskin ürək-damar, tənəffüs çatışmazlığı səbəbi ilə vəfat edib”.(Qafqazinfo)
AzVision.az



Teqlər:





Xəbər lenti