Ukraynada döyüşən məşhur braziliyalı snayperçi öldürüldü - FOTO

 Ukraynada döyüşən məşhur braziliyalı snayperçi öldürüldü  - FOTO
  22 Fevral 2024    Oxunub:857
Ukraynanın Beynəlxalq Legionunda snayper atıcısı kimi xidmət aparan məşhur braziliyalı muzdlu Maksuel Vukapanavo döyüşlər zamanı öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi reportyoru Yuri Kotyonok Telegram kanalında məlumat yayıb.

Ukraynada amerikalı döyüşçü öldürülüb
Jurnalistin sözlərinə görə, snayper atıcısı döyüş bölgəsinə gəlməmişdən əvvəl Braziliya polisində xidmət aparıbmış. O, hətta ciu-citsu ilə peşəkar məşğul olub. Snayperçinin sosial şəbəkədə 120 mindən çox abunəçisi də var.

Bu gün Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti muzdlularla bağlı məlumat yaymışdı. Qeyd edilirdi ki, Ukrayna Silahlı Qüvvələri Avdeyevkadan geri çəkilərkən döyüşlərdə ABŞ, Kanada və Avropa İttifaqından olan muzdluların iştirakını göstərən çoxlu sayda sübutlar qoyub.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Snayper  





Xəbər lenti