Çində gəmi körpünü dağıdıb

Çində gəmi körpünü dağıdıb
  22 Fevral 2024    Oxunub:688
Çinin cənubundakı Quancou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisi körpüyə çırpılaraq onu bir hissəsini dağıdıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Hadisə yerli vaxtla saat 05:30-da (Bakı vaxtı ilə 1:30) şəhərin Nanşa rayonunda baş verib.

Daha sonra körpüdə hərəkətdə olan sərnişin avtobus suya düşüb. Lakin avtobusda yalnız sürücü olub və onunla əlaqə kəsilib. Bir neçə dalğıc hadisə yerindədir və qəzanın başvermə səbəbi aydınlaşdırılır.

Qeyd edək ki, Mirvari çayı Çinin xarici ticarət qapısı sayılan Quancou şəhəri ilə “Böyük körfəz zonası”nın digər şəhərləri, o cümlədən Honkonq arasında əsas əlaqəni təmin edir.

AzVision.az


Teqlər:





Xəbər lenti