Britaniyadan Navalnının ölümü ilə bağlı sanksiya

   Britaniyadan Navalnının ölümü ilə bağlı sanksiya
  21 Fevral 2024    Oxunub:897
Böyük Britaniya Rusiya müxalifətinin lideri Aleksey Navalnının öldüyü cəzaçəkmə koloniyasında rəhbər vəzifə tutan altı Rusiya vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Bununla bağlı Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı dərc olunub.
Koloniyanın rəhbəri Vadim Kalinin və onun müavinləri Sergey Korjov, Vladimir Pilipçik, Vasili Vıdrin, Aleksandr Obraztsov və Aleksandr Qolyakova qarşı məhdudiyyətlər tətbiq edilib.

Xatırladaq ki, Rusiya müxalifətinin keçmiş lideri Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında ölüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti