Çeçenistandakı XTQ universitetinə Putinin adı verildi

Çeçenistandakı XTQ universitetinə Putinin adı verildi
  20 Fevral 2024    Oxunub:777
Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti ölkə Prezidenti Vladimir Putinin adını daşıyacaq.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

Kadırovun sözlərinə görə, mərkəzə Putinin adının verilməsi barədə qərar universitet yaranan vaxt verilib.

“Ona görə də mən rəsmi şəkildə bəyan edirəm ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin - Vladimir Putinin adını daşıyacaq”, - Kadırov bildirib.

Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti Qudermesdə yerləşir. Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, həmçinin cangüdənlər və hərbi jurnalistlər üçün təlimlər kimi sahələri əhatə edir.
AzVision.az



Teqlər:





Xəbər lenti