“Mercedes-Benz” 250 min avtomobili geri çağırır

“Mercedes-Benz” 250 min avtomobili geri çağırır
  20 Fevral 2024    Oxunub:803
Alman avtomobil istehsalçısı “Mercedes-Benz” dünya üzrə 250 minə yaxın avtomobilini geri çağırır.
TASS-ın yaydığı məlumata görə, söhbət 2023-cü ildə buraxılan “AMG GT”, “C-Class”, “CLE”, “E-Class”, “EQE”, “EQS”, “GLC”, “S-Class” və “SL” modellərindən gedir. Avtomobillərin geri çağırılmasına səbəb bəzi qoruyucuların tələblərə cavab verməməsidir. Bu da öz növbəsində mühərrikin sıradan çıxmasına səbəb ola bilər. Yanğın riskini də istisna etmək olmaz.
AzVision.az



Teqlər:





Xəbər lenti