Rusiya Daxili İşlər Nazirliyi Aleksey Navalnının qardaşı Oleq Navalnını yenidən axtarışa verib. Ancaq onun konkret hansı maddə üzrə axtarışa verildiyi açıqlanmır.
Oleq Navalnı ilk dəfə 2022-ci il yanvarın 26-da axtarışa verilib. Daxili İşlər Nazirliyi axtarışın cinayət işi ilə bağlı olduğunu bildirib.