İranın Məhkəmə Sisteminə haker hücumu olub

İranın Məhkəmə Sisteminə haker hücumu olub
  20 Fevral 2024    Oxunub:651
"Ədalət-e Əli” (Əlinin Ədaləti) adlı haker qrupu bu gün İranın Məhkəmə-Ədliyyə Sisteminin elektron bazasına kiberhücum həyata keçirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Biz İran hökumətinin Məhkəmə Sisteminə girməyi bacardıq. İran hökumətinin əsl simasını ortaya çıxaran sənəd və faylları əldə edə bilmişik. Biz üç milyondan çox məhkəmə işi ilə bağlı məlumatları və məxfi sənədləri ələ keçirdik”, - deyə haker qrupu hücum haqqında sosial şəbəkə hesabında yazıb.
AzVision.az




Teqlər: İran  





Xəbər lenti