Navalnının anası: “Meyitin dərhal təhvil verilməsini tələb edirəm”- Video

      Navalnının anası:    “Meyitin dərhal təhvil verilməsini tələb edirəm”-    Video
  20 Fevral 2024    Oxunub:862
Rusiya müxalifətinin lideri Aleksey Navalnının anası Lyudmila Navalnaya Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
"Mən Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insancasına dəfn edə bilim",- Lyudmila Navalnaya deyib.

Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır, qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlər görülür. O, həmçinin əlavə edib ki, meyitin qohumlarına təhvil verilməsi Kremlə aid məsələ deyil: “Biz bu işə qarışmırıq”.

Fevralın 19-da Aleksey Navalnının anasına İstintaq Komitəsi məlumat verib ki, onun ölüm şəraitinin araşdırılması uzadılıb, bunun nə qədər vaxt aparacağı məlum deyil.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti