"Qarabağ ermənilərinin 15%-i ölkəmizi tərk edib" - Manaseryan

    "Qarabağ ermənilərinin 15%-i ölkəmizi tərk edib"    - Manaseryan
  20 Fevral 2024    Oxunub:1100
Azərbaycanın Qarabağ bölgəsindən gəlmiş köçkünlərin 15%-i Ermənistanı tərk edib.
AzVision.az xəbər verir ki, bunu iqtisad elmləri doktoru, professor, Alternativ Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan keçirdiyi mətbuat konfransında deyib.

"İrəvan Qərbin satellitinə çevrilir" - Erməni politoloq
Onun sözlərinə görə, Qarabağdan öz xoşu ilə çıxmış bu ermənilərin Ermənistandan getməsi əsasən məşğulluqla bağlı çətinliklərdən qaynaqlanır.

Əmək bazarındakı bu vəziyyəti Ermənistana əmək miqrantlarının kütləvi axını daha da gərginləşdirir. Manaseryanın qeyd edib ki, təkcə Hindistandan Ermənistana 14 minə yaxın işçi miqrant gəlib.

Ekspert qeyd edib ki, artıq üçüncü ildir ölkədə yoxsulluğun səviyyəsi daha da artıb: "Rəsmi məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 42%-dir. Lakin ekspertlərin hesablamalarına görə, təkcə Şirak bölgəsində bu rəqəm 60%-i keçib".

Ümumilikdə isə 2023-cü ildə Ermənistanın iqtisadi strukturu da pisləşib: "Üstəlik, ərzaq, içki və geyim istehsalı geriləyib. Müvafiq olaraq, iqtisadiyyatın bu sahələrindən məhsulların ixracının həcmi də azalıb. Bu isə ixrac sektorunda ciddi problemlər yaradır".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Miqrant   İxrac   İqtisadiyyat   Qarabağ  





Xəbər lenti