İrəvanda bələdiyyə binası atəşə tutulub

İrəvanda bələdiyyə binası atəşə tutulub
  20 Fevral 2024    Oxunub:824
İrəvanda naməlum şəxs Nor Nork bələdiyyəsinin binasına atəş açıb.
AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.

"Fevralın 20-də saat 09:00 radələrində polisə naməlum şəxsin Nor Nork administrasiyasının rəhbəri Tiqran Ter-Marqaryanın ofisinin pəncərəsinə bir neçə dəfə atəş açması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polislər pəncərədə 7 güllə izi aşkar ediblər. Həyətdə “Nissan” markalı avtomobil də nəzarətə götürülüb. Çünki, onun da pəncərəsində güllə izləri olub", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti