Türkiyə AŞPA-nın Azərbaycanla bağlı mövqeyini səhv hesab edir

  Türkiyə AŞPA-nın Azərbaycanla bağlı mövqeyini səhv hesab edir
  19 Fevral 2024    Oxunub:848
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik.
AzVision.az xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

"Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik", - Türkiyə Prezidenti qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti