Numan Kurtulmuş Azərbaycana gəlir

   Numan Kurtulmuş Azərbaycana gəlir
  19 Fevral 2024    Oxunub:944
Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş fevralın 21-də Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, o, fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq.

Tədbirdə İran, Rusiya və digər ölkələrin parlamentlərinin nümayəndə heyətinin iştirakı gözlənilir.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti