İrəvanda 6-sı uşaq olmaqla 13 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
"Bu vətəndaşlar Nubaraşen inzibati rayonundan gətiriliblər, "Muraçan"a 3, 4, 5, 7, 10 və 14 yaşlı 6 uşaq ağır vəziyyətdə yerləşdirilib. Əlavə olaraq, 7 nəfər də böyüklər üçün nəzərdə tutulan Ermənistan Tibb Mərkəzinə aparılıb", - nəşr yazıb.
Qeyd edilir ki, sözügedən şəxslərin şənlik mərasimində iştirak etdikləri evlərin birində odun sobası qonaq otağına köçürülərkən düzgün quraşdırılmayıb. Ehtimal edilir ki, onlar qazdan zəhərləniblər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan