"Mərkəz" Hərbi Qüvvələr Qrupu hücumu daha inkişaf etdirərək, Avdeyevka istiqamətində koks kimya zavodunu tam nəzarətə götürüb. Zavodun inzibati binalarına Rusiya bayraqları asılıb", - məlumatda deyilir.
Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib |
Xatırladaq ki, Rusiya bundan öncə qoşunların Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərini tutması barədə məlumat yaymışdı. Xüsusən də yerli koks zavodunun Ukrayna hərbi bölmələrindən yekun təmizlənmə işlərinin həyata keçirilməsi iddia olunurdu.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski isə sosial şəbəkə səhifələrində qoşunların Avdeyevka şəhərini tərk etdiyini təsdiqləmişdi.
Tural Tağıyev
AzVision.az