İsrail ordusunun itkiləri 574 nəfərə yüksəlib

İsrail ordusunun itkiləri 574 nəfərə yüksəlib
  19 Fevral 2024    Oxunub:897
Qəzza zolağında münaqişənin şiddətlənməsindən bəri İsrail Müdafiə Qüvvələrinin itkiləri 574 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Son məlumatlara görə, daha bir İsrail əsgəri səhər saatlarında Qəzza zolağının cənubunda radikal HƏMAS hərəkatı ilə döyüşlərdə ölüb. Ümumilikdə, anklavda quru əməliyyatı başlayandan bəri İDF-nin 236 nəfəri həlak olub.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrailə hücumundan gəsonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşdi. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav, Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti