İran-Pakistanla sərhədində 9 nəfər öldürülüb
Bildirilib ki, öldürülən şəxslər qeyri-İran vətəndaşları olub.
İndiyədək bu silahlı hücumu heç bir qrup öz üzərinə götürməyib.
Xatırladaq ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.
Əlavə edək ki, 17 yanvar Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.
AzVision.az