Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib
Ukrayna futbol rəsmiləri UFA prezidenti postuna yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyib.
"Milan"ın və "Çelsi"nin keçmiş hücumçusu Ukrayna Futbol Assosiasiyasının tarixində altıncı prezident olub.
Qeyd edək ki, təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədir.
AzVision.az
Teqlər: