Lavrov: "Azərbaycan Rusiyada sülh müqaviləsi imzalamağa hazırdır"

      Lavrov:    "Azərbaycan Rusiyada sülh müqaviləsi imzalamağa hazırdır"
  18 Yanvar 2024    Oxunub:1120
Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.

“Qərbli həmkarlarımız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər, bu, faktdır. Azərbaycanın faktiki olaraq münaqişəyə son qoymaq və bütün məsələlərin həlli üçün bütöv qarşılıqlı fəaliyyət sistemi qurmaq səylərinin başladığı Rusiya ərazisində onu imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm, baxmayaraq ki, Ermənistan paytaxtına müvafiq siqnallar çoxdan göndərilib”, - Lavrov bildirib.

O əlavə edib ki, ilkin olaraq Rusiya, Ermənistan və Azərbaycan arasında müqavilələr bağlanıb. Bu razılaşmalar həyata keçirilməyə başladıqdan sonra marşrutların blokdan çıxarılması və sərhədlərin delimitasiyası mexanizmləri yaradıldı. “Məhz o zaman avropalılar və amerikalılar özlərini bu prosesə fəal şəkildə cəlb etməyə başladılar”.

AzVision.az


Teqlər:





Xəbər lenti