OPEC Azərbaycanda bu il üçün neft hasilatı proqnozunu artırıb

OPEC Azərbaycanda bu il üçün neft hasilatı proqnozunu artırıb
  17 Yanvar 2024    Oxunub:893
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2025-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.
Bu barədə AzVision.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.


OPEC-in proqnozuna əsasən, ölkədə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur.

Təşkilat 2024-cü il üçün Azərbaycanın maye tədarükünün təqribən 20 min barel artacağını (öncəki proqnoz – 20 min barel artım) və orta hesabla 700 min barel olacağını proqnozlaşdırır.

Qeyd olunur ki, artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır. “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilat da bu il yeni platformanın hesabına artmalıdır.

OPEC-in hesabatına görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı təqribən 700 min barel səviyyəsində olub. Bu da illik müqayisədə 40 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən təxminən 11 min barel çoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti