Rusiya XİN: "Ukraynanın varlığı təhlükə altındadır"

      Rusiya XİN:    "Ukraynanın varlığı təhlükə altındadır"
  17 Yanvar 2024    Oxunub:887
Ukrayna prezidenti Volodimir Zelenski və komandası Ukraynanın və onun vətəndaşlarının varlığını təhlükə altına qoyub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

“Məhz Zelenski hökuməti Ukraynada olan hər şeyi - ilk növbədə insanları, resursları, hətta torpaqları riskə atdı. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da belə etdi, lakin o, bu barədə danışmır”, – diplomat bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsinin fikrincə, Ukraynanın taleyini Kulebanın da daxil olduğu hökumət yox, onun xalqı həll etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti