Belçika: "Tramp yenidən prezident seçilsə, Avropa tək qalacaq" |
Barli vurğulayıb ki, Donald Tramp prezident kimi fəaliyyət göstərəkən Avropaya strateji cəhətdən müstəqil olmağın vacibliyini göstərdi. Onun fikrincə, Avropa İttifaqı bundan sonra hərbi sahədə daha sıx əməkdaşlığa önəm verməlidir.
"Hazırda əsas məqsəd hərbi məhsulların birgə tədarükü və istehsalını artırmaq olmalıdır", - Barli xəbərdarlıq edib.
Qeyd edək ki, Belçikanın Baş naziri Aleksandr De Kro da ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması ehtimalını mənfi istiqamətdə şərh edib. O, Avropa Parlamentində çıxışı zamanı Trampın "Öncə Amerika” şüarını xatırladaraq, 2024-cü ildə Avropanın "təklənmə ehtimalı"nı vurğulayıb. Baş nazirin sözlərinə görə, "Avropa bu ehtimaldan qorxmamalı, Avropa İttifaqı öz gücünə əsaslanmalıdır".
"Politico" nəşri də Trampın Avropa İttifaqının nümayəndələri ilə təkbətək görüşü zamanı bu mövzuda qəti xəbərdarlıq etməsindən yazmışdı. O, ABŞ-nin Aİ ölkələrinə hücum olacağı təqdirdə onlara kömək etməyəcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Donald Tramp dünən Ayova ştatında keçirilən ilk seçkilərdə nəzərəçarpan səsçoxluğu ilə qalib gəlib.
Tural Tağıyev
AzVision.az