Quterreş Qəzzada sülhə çağırış edib

   Quterreş Qəzzada sülhə çağırış edib
  17 Yanvar 2024    Oxunub:1063
"Qəzzada təcili humanitar atəşkəs və hər iki tərəf üçün davamlı sülh prosesinə çağırışımı təkrar edirəm".
AzVision.az xəbər verir ki, BMT baş katibi Antoniu Quterreş bu barədə Davos İqtisadi Forumunda çıxış edib.

"Qəzzada döyüşən tərəflər "beynəlxalq qanunlara məhəl qoymur". Bu humanitar böhranı daha da şiddətləndirir. Beynəlxalq ictimaiyyət münaqişə dayandırmaq üçün daha ciddi tədbirlər görməlidir", - baş katib deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   başkatib   sülh   çağırış  





Xəbər lenti