ABŞ Ukraynada uzunmüddətli atəşkəs üçün perspektiv görmür

ABŞ Ukraynada uzunmüddətli atəşkəs üçün perspektiv görmür
  17 Yanvar 2024    Oxunub:1303
ABŞ-nin dövlət katibi Entoni Blinken İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynadan danışıb.
O, Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanması üzrə məsləhətləşmələrin başlanmasının mümkünlüyü barədə sualı cavablandırıb.

ABŞ rəsmisi qeyd edib ki, uzunmüddətli atəşkəslə bağlı danışıqlar üçün heç bir perspektiv görmür. Blinken Davosda Ukrayna prezidenti Vladimir Zelenskiyə Vaşinqtonun mövcud maliyyə problemlərinə baxmayaraq Kiyevi dəstəkləməyə davam edəcəyinə söz verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti