İlham Əliyev Serbiyaya gedib

 İlham Əliyev Serbiyaya gedib
  10 Dekabr 2023    Oxunub:1296
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gedib.
AzVision.az xəbər verir ki, Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az


Teqlər:





Xəbər lenti