Neftçalada soyğunçuluq edən şəxs saxlanılıb
Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib.
Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evdə ev sahibinin yaşlı qadın olmasından və tək yaşamaşından istifadə edən saxlanılan şəxs, axşam saatlarında zərərçəkənin evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: