Qərbin Ukraynaya yardımı rekord səviyyədə azalıb

   Qərbin Ukraynaya yardımı rekord səviyyədə azalıb
  07 Dekabr 2023    Oxunub:1150
2023-cü ilin avqust-oktyabr aylarında Ukraynaya yardımın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 90% azalaraq cəmi 2,11 milyard avro təşkil edib.
AzVision.az Kil dünya iqtisadiyyatı institutunun hesabatına istinadən xəbər verir ki, Ukraynanın 42 donor ölkəsindən yalnız 20-si son üç ayda yeni yardım paketləri təqdim edib. Bu çərçivədə Kiyevə ayrılan yardımın həcmi isə Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ən aşağı səviyyəyə enib.

“2023-cü ilin avqust-oktyabr aylarında Qərbin Kiyevə yardımının həcmi 2022-ci ilin eyni dövründə qeydə alınan həcmin 10%-nə qədər azalaraq yeni minimuma çatıb”, - hesabatda vurğulanıb.


Maraqlıdır ki, bu dövrdə ABŞ-dan gələn yardımların həcmi Avropa İttifaqından, İngiltərədən gələn yardımların həcmi isə Almaniyanın ayırdığından daha az olub.

Bu arada ABŞ Senatı Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanun layihəsinə səs verməkdən imtina edib. Onun tərkib hissəsi kimi bu ölkələrə 100 milyard dollardan çox vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin qanun layihəsi ABŞ Senatında prosedur səsverməsindən keçməyib.

Proseduru başa çatdırmaq üçün bu qərarı ən azı 60 deputat dəstəkləməsi zəruri idi. Lakin qanun layihəsi üzərində işə başlamaq cəhdi baş tutmayıb. Belə qeyri-müəyyənliyə görə ABŞ prezidenti Co Bayden açıqlama verərək, Konqresi Kiyevin maliyyələşdirmə sorğusunu təcili olaraq təsdiqləməyə çağırıb. Bayden onu da vurğulayıb ki, öz hərəkətləri ilə Ukraynanı “dizindən güllə ilə vuran” respublikaçılar, onlara ona yeni vəsait ayrılmasını bloklayırlar.

Eyni zamanda, Ağ Ev administrasiyası Kiyevə ayrılan vəsaitin tədricən tükəndiyini və buna görə də Ukraynaya göndərilən silah paketlərinin azaldıldığını əvvəllər bir neçə dəfə etiraf edib .
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   yardım  





Xəbər lenti