Ermənistan Rusiya telekanallarını bağlayır?

 Ermənistan Rusiya telekanallarını bağlayır?
  07 Dekabr 2023    Oxunub:728
"Ermənistanda Rusiya kanallarının bağlanmasından söhbət gedə bilməz".
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan məlumat verib.

Ermənistanda Rusiya kanallarının yayımı dayandırılır
Onun sözlərinə görə, kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin pozulması ilə əlaqədar dekabrın ortalarında Rusiya tərəfi ilə məsləhətləşmələr gözlənilir. Görüş İrəvanda olacaq.

"Ermənistanda Rusiya kanallarının bağlanması məsələsi müzakirə olunmur və hər şey məsləhətləşmələrin gedişindən asılıdır", - Xaçatryan deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin pozulması ilə bağlı Rusiya tərəfini məsləhətləşmələrə dəvət etdiyini demişdi.

Həmçinin, Ermənistanın Teleradio Komissiyası Rusiya televiziya kanallarının respublika ərazisində yayımı haqqında sazişin müddəalarının pozulması faktını aşkarlamışdı.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputat Lusine Badalyan da Rusiya telekanallarının bağlanması təklifini vermişdi. O, ölkənin milli təhlükəsizliyinə təhdid yaradan “antierməni məzmunlu” məlumatlara görə Rusiya telekanallarının bağlanmasının vacibliyini bəyan edib.

Bundan sonra yerli media ölkədə Rusiya telekanallarına girişin dayandırılacağı barədə məlumat yaydı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti