Ermənistan parlamenti Azərbaycan əleyhinə olan qanundan imtina etdi

   Ermənistan parlamenti    Azərbaycan əleyhinə olan qanundan imtina etdi
  05 Dekabr 2023    Oxunub:2931
Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin müəyyən edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməyib.
Mülki Müqavilə fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib.
Ceyhun Bayramov Lavrovla görüşüb


Bundan əvvəl Dövlət Hüquq Məsələləri Komissiyası da Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının qadağan edilməsi ilə bağlı qanunvericilik təşəbbüsünü rədd edib və bildirilib ki, layihə plenar iclasda müzakirə oluna bilməz.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti