"HƏMAS liderləri yeraltı tunellərlə Misirə qaçır"

   "HƏMAS liderləri yeraltı tunellərlə Misirə qaçır"
  05 Dekabr 2023    Oxunub:662
İsrail silahlı qüvvələri etiraf edir ki, Fələstinin radikal HƏMAS hərəkatının liderləri yeraltı tunellər vasitəsilə Qəzza zolağından çıxıb Misirdə gizlənə bilər.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan sözçüsü Conatan Konrikus brifinqdə bildirib.
Qəzzanın şimal hissəsi ilə əlaqə kəsilib


"Bu qorxu mövcuddur. Kəşfiyyat bununla məşğul olur",- o, İsrail qüvvələrinin HƏMAS rəhbərliyinin artıq Qəzza sektorunu tərk etməsindən ehtiyyat etməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz bilirik ki, müharibədən əvvəl, HƏMAS-ın Qəzza altında geniş tunel şəbəkəsi var idi. Onlar İsrailə tunellər çəkmək cəhdləri ilə yanaşı, Qəzza zolağında Rəfah ilə Misir arasında geniş tunellər şəbəkəsinə malik idilər.

Mənim bu tunellərin vəziyyəti ilə bağlı yeni məlumatım yoxdur, lakin işlək fərziyyə ondan ibarətdir ki, ən azı onlardan bəziləri hələ də fəaliyyətdədir. Ona görə də bu risk mövcuddur", -Konriks əlavə edib.

Həmçinin bax

ÜST: "Qəzzada xətəxanalara misli görünməmiş sayda hücumlar olub"

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   İsrail  





Xəbər lenti