Naxçıvanda epidemioloji vəziyyət stabildir

   Naxçıvanda epidemioloji vəziyyət stabildir
  04 Dekabr 2023    Oxunub:990
“Naxçıvan Muxtar Respublikasında epidemioloji vəziyyət stabildir”.
Bunu Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin direktoru Pəri Əliyeva jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, muxtar respublikada fəaliiyət göstərən ümumtəhsil müəssilərəində dövrü dezinfeksiya işlərinə başlanılıb:

"Naxçıvan şəhərində yerləşən bütün ümumtəhsil məktəblərinin hər birində dezinfeksiya işləri aparılıb və sona çatdırılıb. Rayon ümumtəhsil məktəblərində isə rayon gigiyena və epidemiolojiya mərkəzləri tərəfindən aparılmaqdadır. Məktəbəqədər təhsil müəssisələrinin isə bir qismi dezinfeksiya olunmuş, bir qisminin isə həftəsonu dezinfeksiya olunması nəzərdə tutulub. Bu da bağçalarda uşaqların çoxluğu ilə əlaqədardır".

Xidmət direktoru onu da bildirib ki, muxtar respublikada immunizasiya yaxşı aparıldığından burda epidemioloji cəhətdən stabillik nəzərə çarpır: "Peyvənddən imtina halları bizdə demək olar ki, yox dərəcəsindədir. Ona görə, də bu gün Naxçıvanda geniş yayılmış yoluxma hallarına rast gəlmirik".

AzVision.az



Teqlər:





Xəbər lenti