Rəisi Fələstinlə bağlı referendum keçirilməsini təklif edir

Rəisi Fələstinlə bağlı referendum keçirilməsini təklif edir
  04 Dekabr 2023    Oxunub:993
Yaponiyanın baş naziri ilə söhbətində İran prezidenti İbrahim Rəisi müxtəlif ölkələrə, o cümlədən Yaponiyaya “Fələstin xalqının hüququna dəstək səviyyəsini müşahidə etmək” üçün referendum keçirmək təklifini verib.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, Rəisi Yaponiyanın baş naziri Fumio Kişida ilə telefon danışığında “Qərb ölkələri belə bir referendum keçirməkdən hədsiz qorxurlar” deyib.

Maraqlıdır ki, təklifində İranın adını çəkməyən Rəisi, Fələstinlə bağlı belə bir referendumun niyə öz ölkəsində keçirilmədiyi barədə heç nə deməyib.

Bundan əvvəl bəzi İran KİV-ləri İsrail və HƏMAS arasında müharibənin yenidən qızışmasına baxmayaraq, hökumətin gözlədiyi kimi iranlıların fələstinliləri dəstəkləmədiyini yazıb.
AzVision.az


Teqlər: İran   Yaponiya  





Xəbər lenti