Parisdə Azərbaycana həsr olunmuş rəsm əsərləri nümayiş olunur

Parisdə Azərbaycana həsr olunmuş rəsm əsərləri nümayiş olunur
  02 Dekabr 2023    Oxunub:1344
Fransanın paytaxtı Parisdə ingilis rəssam Sera Nil-Consun fərdi sərgisində Azərbaycana həsr olunmuş rəsm əsərləri nümayiş olunur.
AzVision.az xəbər verir ki, Fransa Mədəniyyət və Kommunikasiya Nazirliyinin himayəsində fəaliyyət göstərən İncəsənət üzrə Ali Təhsil İnstitutunda (IESA) baş tutan sərgidə Bakının arxitekturası, mədəniyyət abidələrini əks etdirən çoxlu sayda rəsm əsəri yer alıb.

Uzun illər Bakıda yaşamış rəssamın ölkəmizə, incəsənətimizə, xalqımıza olan məhəbbəti əl işlərində öz dərin əksini tapıb.

Qeyd edək ki, ingilis rəssamı Sera Nil-Consun əsərləri dünyanın müxtəlif muzeylərində, habelə Bakıda Müasir İncəsənət muzeyində saxlanılır.

Rəssam Bakıda yaşadığı dönəmdə Bakı Rəssamlıq Akademiyasında dərs deyib.

AzVision.az



Teqlər: Fransa   Azərbaycan  





Xəbər lenti