Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilir

   Azərbaycanda    Qazaxıstan mədəniyyəti günləri    keçirilir
  02 Dekabr 2023    Oxunub:951
Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlayıb.
AzVision.az xəbər verir ki, dekabrın 4-dək davam edəcək mədəniyyət günlərinin maraqlı proqramı var.

Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilib.

Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.

Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq. Həmin gün Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.

AzVision.az



Teqlər: Azərbaycan   Qazaxıstan  





Xəbər lenti