İranda aktrisanın filmə çəkilməsinə və hakimlik etməsinə mane olublar

İranda aktrisanın filmə çəkilməsinə və hakimlik etməsinə mane olublar
  02 Dekabr 2023    Oxunub:1101
İranın təhlükəsizlik qurumları aktrisa Sədəf Əsgərinin pasportunu müsadirə edərək onun Türkiyədə beynəlxalq film layihəsində rol almasına və bu ölkədə keçirilən festivalda “münsif” kimi iştirakına mane olub.
AzVision.az Aktrisa Sədəf Əsgərinin öz “İnstagram” hesabında paylaşdığı məlumata istinadən xəbər verir ki, builki Kann festivalından qayıtdıqdan sonra onun şəxsi əşyaları və pasportu İranın təhlükəsizlik orqanları tərəfindən müsadirə edilib.

“Mən heç nə demədim, amma bu yaşda hakimlik təcrübəsi asanlıqla keçə biləcəyim (əl çəkə biləcəyim) bir şey deyildi”, - Əsgəri deyib.

Qeyd edək ki, aktrisa bu ilin iyun ayında Kann Film festivalında “Yerin ayələri” filmindəki roluna görə iştirak edib və festivaldan yayımlanan şəkillərdə Sədəf Əsgəri hicabsız olub.
AzVision.az


Teqlər: İran   aktrisa  





Xəbər lenti