![]() |
"Qızılcadan ölən 1 yaşlı uşaq peyvənd olunmayıb" - TƏBİB |
"Bu azalma tək Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Əvvəllər peyvənd vurulurdu, qızılca heçxəstəliyinə yoluxma demək olar ki, görsənmirdi. Nadirən hansısa ölkələrdə lokal alovlanmalar olurdu. Amma pandemiyadan sonra insanların peyvəndlərdən qorxması, xəstəxanaya getməməsi səbəbilə bəzi peyvənddən yayınma haları müşahidə olunmağa başladı".

Pediatrın sözlərinə görə qızılca xəstəliyi o qədər yoluxucudur ki, gərək cəmiyyətin 95 faizi daha çox peyvəndlə qorunsun.
"Bu rəqəm 95 faizin altına düşəndə virusun yayılması müşahidə edilir. Qızılca virusunda qorunmağın yolu peyvəndin vaxtlı-vaxtında vurulmasıdır. Başqa bir yol yoxdur. Uşaqlarda immun sistemini gücləndirən xüsusi müalicə yoxdur. Belə müalicə vasitələri həqiqətən immuniteti zəif olan uşaqlara və laboratoriyada təsdiqlənmiş hallarda istifadə olunur. Amma bu, sağlam və normal uşaqlar üçün keçərli deyil. Uşaqların yuxu rejiminə riayət edilməli, yaxşı qidalanmalı, idmanla məşğul olmalı, havaya çıxarılmalıdırlar. Yəni normal həyata şərtləri nədirsə ona əməl etməlidirlər".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.
Həmçinin oxu
Emin Əmrullayev: "Qızılcaya yoluxma halı çoxalarsa, distant təhsilə keçilə bilər"
TƏBİB qızılca ilə bağlı əhaliyə çağırış edib
Bakıda qızılca epidemiyası? -200-dən çox yoluxma, şagird öldü
Məktəb şagirdin ölümü ilə bağlı məlumat yayıb
Aytən Zəhra
AzVision.az