"Çindəki pnevmaniya pandemiyaya çevrilmə potensialına malik deyil" - ÜST

   "Çindəki pnevmaniya pandemiyaya çevrilmə potensialına malik deyil" -    ÜST
  01 Dekabr 2023    Oxunub:1055
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində mikoplazma pnevmoniyasının yayılmasının pandemiyaya çevrilmə potensialına malik olduğunu düşünmür.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə beynəlxalq strukturun nümayəndəsi Marqaret Harris Cenevrədə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ekspertlər vəziyyəti diqqətlə izləyirlər. Harrisə görə, qışda mikoplazma pnevmoniyasının artması adi bir hadisədir.

“Mikoplazma pnevmoniyası antibiotiklərlə müalicə olunur və bir çox müxtəlif ölkələrdə aydın şəkildə aşkar edilir. Yenə də biz vəziyyəti izləyirik, müalicə və digər məsələlərlə bağlı məsləhətlər veririk”, - ÜST nümayəndəsi bildirib.

O, həmçinin əlavə etdi ki, ekspertlər hazırda Çində insidentlərin artmasını “pandemiya potensialına malik” hesab etmirlər. Eyni zamanda, Harris qeyd edib ki, ÜST-də xəstələrdə sözdə “immunoloji sadəlövhlük”ün olması barədə məlumat yoxdur. Onun sözlərinə görə, bu, insanların bir-birindən təcrid olunması fonunda inkişaf edə bilər. Xüsusilə, karantin rejimi zamanı vətəndaşlar havada daim dövr edən müxtəlif virus və bakteriyalara daha məruz qalmayıblar.

Qeyd edək ki, noyabrın ortalarında Çində uşaqlar arasında respirator infeksiya xəstəliklərin artımı qeydə alınıb. Bundan sonra ÜST Çin səlahiyyətlilərindən infeksiyanın yayılması, o cümlədən laboratoriya testlərinin nəticələri və ölkənin səhiyyə sisteminin üzərinə düşən yük barədə əlavə məlumat istəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti