Erməni hərbçi yol qəzasında öldü

Erməni hərbçi yol qəzasında öldü
  01 Dekabr 2023    Oxunub:1299
Ermənistanda zəncirvarı yol qəzasında biri hərbçi olmaqla, iki nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata əsasən, İrəvan-Gümrü yolunda 3 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib. BMW, Ford və Mercedes-Benz markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.

Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar.

Həmçinin qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti