Rus hərbçilərin Gümrüdə səngərlər qazması ajiotaj yaratdı - FOTOLAR

Rus hərbçilərin Gümrüdə səngərlər qazması ajiotaj yaratdı    - FOTOLAR
  01 Dekabr 2023    Oxunub:1890
Erməni hüquq müdafiəçisi Karapet Poqosyan sosial şəbəkələrdə diqqət çəkən məlumat yayıb.
O, Facebook səhifəsində fotolar paylaşaraq ölkəsində xidmət aparan rus hərbçilərin hansısa ciddi prosesə hazırlaşdığını iddia edib.

Məlum olub ki, yarandığı gündən adi hərbi obyekt kimi fəaliyyət göstərən 102-ci hərbi baza indi sanki hücumlara qarşı ciddi tədbirlər görür. Baza ətrafında barrikadalar quraşdırılır, hətta səngərlər də qazılıb.

Rusiya təlimlərə başladı, Gümrü meri əhaliyə "təşvişə düşməyin" dedi
“Dünən Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının girişinə yaxın ərazidə mühəndis işlərinin aparılmasını müşahidə etdim. Xüsusən də səngərlər və müvəqqəti maneə hazarları-qabionlar qurulur. Məndə belə təəssürat yaranıb ki, onlar orada saatbasaat hansısa hücumu gözləyirlər. Ruslar nədən və ya kimdən qorxurlar? Bir vaxtlar etibarlı müttəfiq sayılan bu iki dövlət arasında inamsızlığı kim yaradıb? Əslində bütün bunlar həyəcan təbili çalır. Söhbət 2018-ci ildə hakimiyyətə gələn məxməri diktatorların yaratdığı erməni cəmiyyətinin növbəti və qaçılmaz fəlakətindən gedir. Əslində bütün bunlar həyəcan təbili çalır. Söhbət 2018-ci ildə hakimiyyətə gələn məxməri diktatorların yaratdığı erməni cəmiyyətinin növbəti və qaçılmaz fəlakətindən gedir.
Bir anlığa təhlükəsizlik sistemindən tamamilə məhrum olmuş ölkəni Rusiya hərbi bazasının da tərk etməsini və bura türk qoşunlarının daxil olmasını təsəvvür edin. Ağlıma Suriya və Ukraynadakı vəziyyət gəlir", - hüquq müdafiəçisi mövcud durumdan gileylənib.

O iddia edib ki, hərbi bazanın girişində deyil, bir qədər qabaqda belə barrikadaların qurulması döyüşlərdən əvvəl irəlidə mövqelər qurulması prosesinə bənzəyir. Ermənistanda məntiqsiz siyasət yürüdən hakimiyyətin mövcud olduğu vaxtda bazanın daha ehtiyatlı fəaliyyət görməsi, müəyyən təhlükəsizlik tədbirləri görməsi isə məntiqlidir...

Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər aktiv fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

Qeyd edək ki, Ermənistan son bir ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. Hökumətə yaxın saytlarda Moskva əleyhinə silsilə yazılar dərc edilir, siyasərçilər tez-tez Gümrüdəki bazanın ləğvi məsələsini qaldırırlar.

İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyub. Parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini təkrarlayıblar.

Rusiyalı ekspertlər isə Ermənistanın KTMT-dən çıxacağını proqnozlaşdırırlar.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   Gümrü   Hərbi-Baza  





Xəbər lenti