"Qızılcadan ölən 1 yaşlı uşaq peyvənd olunmayıb" - TƏBİB

 "Qızılcadan ölən 1 yaşlı uşaq peyvənd olunmayıb" -  TƏBİB
  01 Dekabr 2023    Oxunub:2103
TƏBİB Sabirabadda 1 yaşlı uşağın qızılcadan ölməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son durum
Qurumdan AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.

Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib.

Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.

Aytən Zəhra

***

Sabirabadda 1 yaşlı uşaq ölüb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir.

Araşdırma aparılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.

Həmçinin oxu

Emin Əmrullayev: "Qızılcaya yoluxma halı çoxalarsa, distant təhsilə keçilə bilər"

TƏBİB qızılca ilə bağlı əhaliyə çağırış edib

Bakıda qızılca epidemiyası? -200-dən çox yoluxma, şagird öldü

Məktəb şagirdin ölümü ilə bağlı məlumat yayıb

AzVision.az


Teqlər:  





Xəbər lenti