Döyüşə satanistlər gedir - Məşhur rus qatil Ukraynada yaralanıb

  Döyüşə satanistlər gedir -  Məşhur rus qatil Ukraynada yaralanıb
  21 Noyabr 2023    Oxunub:3074
Rusiya mediası cəmiyyətdə çaşqınlıq yaradan bir məlumat yayıb. İllər öncə Yaroslavl bölgəsində yeniyetmələri rituallarla qətlə yetirmiş 33 yaşlı satanist Nikolay Oqoloblyak azadlığa buraxılıb.
AzVision.az xəbər verir ki, 76.ru cinayətkarın atasından açıqlama alaraq xəbərin doğruluğunu təsdiq edib. Məlum olub ki, qanlı qətllər törətmiş satanist Ukrayna müharibəsinə qatıldığı üçün vaxtından əvvəl azadlığa çıxıb.

Tambovdan Ukraynaya döyüşməyə 400 məhbus göndərilib
Oqoloblyak altı ay döyüşlərdə olub və noyabrın 2-də doğma şəhərinə qayıdıb. Məhkumun atası bildirib ki, döyüşə qatıldığı üçün əfv olunmuş oğlu hazırda evdədir.

"Bəli, bu doğru xəbərdir. Altı ay "Şturm Z"də xidmət etdi. Yaralanandan sonra isə əlil olub. İndi hər şey dəyişib. Yazılanların hamısı cəfəngiyyatdır. "Volqa"da falanda gəzmir, qara geyinmir, araq da içmir... Yaralanandan sonra şikəst qalıb. O, yeriyə bilir, amma yarası ciddi idi. Hələlik heç yerdə işləmir və bərpa prosesi keçir. Çətin ki, onu yenidən Xüsusi Əməliyyat Zonasına aparsınlar”, - məşhur qatilin atası açıqlamasında deyib.

Yaroslavlda 2006-cı ildə satanistlərin sektası yaranıb. Onun təsisçisi 15 yaşlı Konstantin Klık Baranov olub. Sektaya sonradan daha iki yeniyetmə - Nikolay Qraf Oqolobyak və Aleksey Mertvıy Çistyakov qoşulub. Bir il ərzində qanlı qrupa Anton Doktor Qot Makovkin, Sergey Distris Karpenko və Aleksandr Hitler Voronov adlı şəxslər də qoşulublar.

Aleksandr Hitler Voronov və Nikolay Qraf Oqolobyak
2008-ci ildə isə Yaroslavlda satanist dəstənin dəhşətli əməlləri üzə çıxıb. Onlar qanlı ayin naminə 4 yeniyetməni qətlə yetiriblər. Yeniyetmələrin ritualllarla öldürülməsi təkcə regionu deyil, bütün Rusiyanı şoka salmışdı. Qətldən sonra yeniyetmələrin qalıqları ay yarım basdırılmayıb. Parçalanmış cəsədlər yalnız 2008-ci ilin avqustun 12-də tapılıb.

Aleksey Solovyov 2017-ci il avqustun 11-də Yaroslavl 1 saylı koloniyasından azadlığa çıxıb. Aleksey Mertvıy Çistyakov da azadlığa buraxılıb. Sektanın qurucusu Konstantin Klık Baranovun isə 2020-ci ilin iyulunda azadlığa çıxması nəzərdə tutulurdu. Onun barədə ətraflı məlumat yoxdur. Aleksandr Hitler Voronov da həbsxananı tərk edərək normal həyata qayıdıb. Cinayətkar qrupda Makovkin familyalı qatil də olub ki, o, 2011-ci ildə Kostromadakı psixiatriya xəstəxanasından evə buraxılıb.

Koloniyada qalmış sonuncu manyak-satanist yalnız Nikolay Qraf Oqolobyak olub. O 2030-cu ilə qədər həbsdə cəza çəkməli idi...

Qeyd edək ki, Rusiya son bir ildə məhbusları da Ukrayna cəbhəsinə göndərir. "Öz günahlarını yumaq", azadlığa çıxmaq üçün döyüşlərə qatılanlar arasında hətta ağır cinayətlər törətmiş məhbuslar- körpə qızını yandırıb həyətində basdırmış manyak da var. Onlar 6 aylıq müqavilə imzaladıqdan sonra əvvəllər "Vagner"in nəzarətində olmuş "Şturm Z" adlı batalyonlara cəlb edilirlər.

Ötən il hətta "Vaqner" silahlılarının 40-dan çox məhbusu güllələməsi barədə məlumat da yayılmışdı. Buna səbəb cəbhə xəttinə göndərilən məhbusların Ukrayna qoşunlarına tərəf qaçmağa cəhd etməsidir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Satanist   Ukrayna  





Xəbər lenti