Qazax sakini minaya düşdü

Qazax sakini minaya düşdü
  15 Aprel 2013    Oxunub:1709
Erməni tərəfinin atəş açması onu ərazidən çıxarmağa imkan verməyib.
Azərbaycanda daha bir mülki şəxs minaya düşüb. Bu barədə Qazax Rayon Polis Şöbəsindən bildirilib. Hadisə bu gün Ermənistan-Azərbaycan sərhədində, Xanlıqlar kəndinin ərazisində baş verib.

Xanlıqlar kənd sakini, 1990-cı il təvəllüdlü Adil Vəliyev kəndin ərazisindəki meşə sahəsində neytral zonada minaya düşüb. Lakin kənd sakinləri onu ərazidən çıxara bilməyiblər. Erməni tərəfinin atəş açması buna imkan verməyib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə APA-ya bildirib ki, bu hadisə barədə BQXK-ya məlumat verilib. Hazırda BQXK nümayəndələri hadisə yerindədirlər: “BQXK bu situasiya ilə əlaqədar Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Prosedura görə, belə hallarda BQXK qarşı tərəfdəki nümayəndəliyinə müraciət edir. Onlar da həmin ölkənin hakimiyyət orqanları ilə danışıqlar aparır ki, atəşkəs elan olunsun və həmin şəxs ərazidən çıxarılsın”.

Qeyd edək ki, Xanlıqlar kənd sakini Sabir Kərimov aprelin 2-də Ermənistanla sərhəddə meşə zolağında minaya düşərək həlak olmuşdu. Onun meyiti bir neçə gündən sonra ərazidən çıxarılaraq dəfn edilmişdi.



Teqlər:  





Xəbər lenti