Nərgiz Məhəmmədi həbsxanada aclıq aksiyasına başlayıb
“Nərgizi həbsxanadan, vəkili isə məhkəmə orqanlarından 1 həftə təqib etdikdən sonra bu günə qədər də prokuror onun müalicəyə göndərilməsinə qarşı çıxır və xəstəxanaya köçürülməsinə icazə vermir. İranın xəstə məhbusların vəziyyətinə, sağlamlıq və insan həyatının itirilməsinə biganəliyi və tibbi yardım göstərilməməsi siyasəti, iranlı qadınlar üçün məcburi hicab və ya ölüm siyasəti davam edir”, - məlumatda deyilir.
Bundan əvvəl Nərgiz Məhəmmədinin əri Tağı Rəhmani iki ürək damarının 50% tıxanmasına və həbsxana həkiminin xanım Məhəmmədini dərhal xəstəxanaya göndərmək əmrinə baxmayaraq, Evin həbsxanasının rəhbərliyi bunun qarşısını alıb.
Nobel Sülh mükafatına layiq görülmüş Nərgiz Məhəmmədi əvvəllər də dəfələrlə həbs edilib və həbsxanada aclıq aksiyası keçirib.
AzVision.az