Fransa şirkəti Kiyevə atıcı silahlar və qumbaraatanlar satacaq
"Verney-Karron"un yaydığı məlumatda qeyd edilir ki, müqaviləyə uyğun olaraq şirkət Ukraynaya 10 min avtomatik karabin, iki min avtomat və 400 qumbaraatan ixrac edəcək. Müqavilənin dəyəri 36 milyon avrodur.
Çatdırılmalar 2024-cü ilin ilk aylarında başlamalıdır. Müqavilənin şərtlərinin yerinə yetirilməsi vəsaitin daxil olmasından asılı olacaq.
Tural Tağıyev
AzVision.az