Su kanalının yaxınlığına atılan uşaq körpələr evinə göndərildi - FOTOLAR

   Su kanalının yaxınlığına atılan uşaq körpələr evinə göndərildi -    FOTOLAR
  10 Oktyabr 2023    Oxunub:1367
Salyanda bir ay bundan əvvəl su kanalının yaxınlığına atılan uşaq Bakıya körpələr evinə göndərilib.
Salyan rayon təcili tibbi yardım stansiyasının tibb personalına təhvil verilən və sonradan adı Yağmur qoyulan körpə qız bu gün Bakı şəhərindəki körpələr evinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, balaca Yağmur tam sağlamdır.

Qeyd edək ki, balaca Yağmur bu il sentyabrın 12-də Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən su kanalının kənarına atılmışdı. Birgünlük körpə polis əməkdaşları tərəfindən tapılaraq xəstəxanaya təhvil verilmişdi. Bir ay ərzində körpə xəstəxanada müayinə və müalicə olunub. (Report)

AzVision.az

Qalereya




Teqlər: Körpələr-Evi   Salyan  





Xəbər lenti