Bayden İrana səsləndi: "Narges Mohammadini azad edin"
Onun sözlərinə görə, Birləşmiş Ştatlar iranlıların öz gələcəklərini, söz azadlığını, gender bərabərliyini və qadınlara qarşı zorakılığa son qoymaq imkanlarını dəstəkləmək üçün fəaliyyətini davam etdirəcək.
Bayden əlavə edib ki, ölkəsi “İranın cəsur xalqını” dəstəkləməkdə davam etmək niyyətindədir və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan respublika hakimiyyəti nümayəndələrinin məsuliyyətə cəlb olunmasını tələb edir.
İran Xarici İşlər Nazirliyi Narges Mohammadiyə Nobel Sülh Mükafatının verilməsini bəzi Avropa hökumətlərinin müdaxiləçi və anti-İran siyasətlərinə uyğun siyasi hərəkət adlandırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: