Prezident və xanımı Xoşbəxt Yusifzadə ilə vida mərasiminə əklil göndərdi

 Prezident və xanımı Xoşbəxt Yusifzadə ilə vida mərasiminə əklil göndərdi
  04 Oktyabr 2023    Oxunub:1624
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasiminə əklil göndərib.
Əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.

Qeyd edək ki, SOCAR birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib. Akademiklə vida mərasimi isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilir.






Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti