Fransa Ermənistanı silahlandırır - İrəvan revanşa hazırlanır?
O, bildirib ki, Paris İrəvanla sonuncuya hərbi texnikanın verilməsini mümkün edəcək saziş imzalamağa razılaşıb.
“Bu barədə hələ ətraflı danışa bilmərəm”, - Kolonna qeyd edib.
Fransa xarici işlər naziri həmçinin bəyan edib ki, o, Avropa diplomatiyasının rəhbəri Josep Borrelə Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib.
Ketrin Kolonna Ermənistanın Moldovanın qoşulduğu Avropa Sülh Fonduna daxil edilməsi təklifini də irəli sürüb.
AzVision.az