
Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev də Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsini şərh edib. O vurğulayb ki, Roma statutunun istənilən dövlət tərəfindən ratifikasiyası hüquqi suverenliyin itirilməsindən başqa bir şey demək deyil: “Bu, özlüyündə alçaldıcıdır. Məhz bu səbəbdən həqiqətən suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, İran və başqaları Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmur".
Qeyd edək ki, Ermənistan parlamenti oktyabrın 3-də Roma statutunu ratifikasiya edib. Sənədin lehinə 60, əleyhinə 22 deputat səs verib. Roma statutunun qüvvəyə minməsi üçün sənədi Ermənistan prezidenti imzalamalıdır. Bundan sonra sənəd 60 gün ərzində qüvvəyə minəcək.
AzVision.az